"Twitter" etiraf etdi: məlumatlarınızı paylaşırıq

İstifadəçilərin icazəsi olmadan onların məlumatları "etibarlı tərəfdaşlara" göndərilib
Sputnik

BAKI, 7 avqust — Sputnik. "Twitter" şirkəti reklamların personalizasiyası üçün icazə olmadan istifadəçilərin şəxsi məlumatlarından istifadə edildiyi ehtimalını səsləndirib.

"Twitter" də “müharibəyə” qoşuldu, İran KİV-lərinə qadağa qoydu

Sputnik Azərbaycanşirkətə istinadən xəbər verir ki, bu, sosial şəbəkədə baş vermiş problemlərlə bağlı olub.

Şirkət 2018-ci ilin mayından etibarən mobil proqramda reklamlara keçid etmiş və ya baxmış istifadəçilərin bəzi məlumatlarının (məsələn, ölkə kodu, mobil proqramdan istifadə etmə vaxtları, proqram haqqında məlumatlar və s.) onların icazəsi olmadan "etibarlı tərəfdaşlara" göndərilməsi ehtimalının olduğunu bildirib.

"Twitter" bu problemləri avqustun 5-də həll etdiyini deyib.

"Biz bilirik ki, siz (bu problemdən – red.) zərər çəkənlərin sayını və şəxsən onların sırasında olub-olmadığınızı öyrənmək istəyəcəksiniz. Biz hələ ki, bunun kimə ziyan vurduğunu aydınlaşdırmaq üçün təhqiqat aparırıq", - şirkət deyib.