CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır

Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə yeddi mindən artıq vakant yer çıxarılıb
Sputnik

BAKI, 7 avqust - Sputnik. Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, namizədlər avqustun 14-ü saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. 

Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

DİM səhvinin bir hissəsini etiraf etdi, 51 abituriyentin qiyməti dəyişdi

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılan, diaqnostik qiymətləndirilmədə iştirak edən namizədlər seçə bilərlər.

Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.

Xatırladaq ki, iyulun 8-dən 24-dək müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində 41 288 namizəd iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18 min 881-i (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.