Britaniyalı teleaparıcıdan iyrənc çağırış

"Siz çox yeyirsiniz, ona görə də köksünüz"
Sputnik

BAKI, 7 avqust — Sputnik. "Piylənmə xəstəlik deyil, buna görə də artıq çəkisi olan adamları müalicə etmək lazım deyil".

Azərbaycanlı həkim kökəlmənin səbəblərini açıqladı

 Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, bunu britaniyalı teleaparıcı Maykl Byuerk deyib.

"Siz çox yeyirsiniz, ona görə də köksünüz", - Byuerk "Radio Times" jurnalında dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, kök adamlar "xəstə yox, zəifdirlər" və onların ölümü milli səhiyyə xidmətinin pullarını qoruyub-saxlamağa imkan verəcək.

Britaniya rəsmilərinin verdiyi məlumata görə, ölkədə təxminən hər üç böyükdən biri və 11 yaşına qədər olan hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir.