CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şiddətli külək davam edəcək?

Umayra Tağıyeva: “Şiddətli, güclü külək gözlənilmir”
Sputnik

BAKI, 6 avqust — Sputnik. “Gözlənildiyi kimi, Bakı və Abşeron yarımadasında küləyin sürəti dünənə nisbətən azalıb. Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 16-18, arabir isə 23 m/san il əsir”. 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, gecə saatlarında açıq dənizdə dalğanın hündürlüyü 7,8 metr təşkil edirdisə, bu saat olan məlumata görə, dalğanın hündürlüyü 6 metr təşkil edir.  

“Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, lakin çox şiddətli, güclü külək gözlənilmir”.