RUSİYA

ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

Son zamanlar digər ölkələrin dronları və kəşfiyyat təyyarələri tez-tez Rusiya sərhədləri yaxınlığında uçurlar
Sputnik

BAKI, 6 avqust — Sputnik. ABŞ-ın hərbi hava qüvvələrinə məxsus təyyarə Rusiyanın Kalininqrad vilayətinin sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Plane Radar" monitorinq resursunun "Twitter" səhifəsində yerləşdirilib.

Bu hadisədən təxminən bir saat əvvəl ABŞ hərbi hava qüvvələrinin "RQ-4A Global Hawk" kəşfiyyat dronu Kalininqrad ilə sərhədləri olan Polşa və Litvanın hava məkanında uçub.

Son zamanlar digər ölkələrin dronları və kəşfiyyat təyyarələri tez-tez Rusiya sərhədləri və Rusiyanın Suriyadakı bazaları yaxınlığında uçurlar.

Belə ki, Rusiyanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun birinci həftəsi ərzində ölkənin sərhədləri yaxınlığında NATO ölkələrinə məxsus 39 uçan aparat aşkar edilib.