CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü - Video, foto

Alovun güclü tüstü ilə müşayiət olunmasına səbəb küləkli havadır
Sputnik

BAKI, 5 avqust — Sputnik. Sumqayıtda, İnşaatçılar qəsəbəsində güclü yanğın qeydə alınıb. Hadisə nəticəsində şəhəri güclü qara tüstü bürüyüb. Sputnik Azərbaycan xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 maşını cəlb olunub.

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü - Video, foto

Yanğın Sumqayıtda sənaye zonasında başlayıb. Verilən ilkin məlumata görə, ərazidə təkərlər yandırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə, narahatçılığa heç bir səbəb yoxdur. Artıq ərazidə yanğın hadisəsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Alovun güclü tüstü ilə müşayiət olunmasına səbəb küləkli havadır.

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü - Video, foto

Qeyd edək ki, səhər saatlarından Azərbaycanın şimal bölgəsində, eləcə də paytaxt Bakıda və Sumqayıtda güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.