CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan Sarayında xəsarət alan son xəstənin durumu - AÇIQLAMA

"Bu səbəbdən də o hələlik əsa ilə gəzir" - Adil Salahov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan iki çinar ağacından birinin budağının qırılaraq yerə düşməsi 19 nəfərin xəsarət almasına, 1 nəfərin isə ölümünə səbəb olmuşdu.

Şəki Xan sarayının açılacağı tarix məlum oldu

Bu olayda xəsarət alan və uzun müddətdir ki, xəstəxanada müalicəsi davam edən jurnalist İlkin Məmmədovun durumu ilə bağlı müalicə aldığı xəstəxananın baş həkim müavini Adil Salahov Sputnik Azərbaycan-a danışıb: "İlkin avqustun 2-də evə buraxılıb. Onu yaxşı vəziyyətdə evinə yola salmışıq. O özü də bizə çox minnətdar oldu və həvəslə evinə getdi. Lakin onun ayağına gips qoymuşuq. Təxminən 10 gündən sonra ayağındakı gipsi açacağıq. Bu səbəbdən də o, hələlik əsa ilə gəzir".

"Ayağında gips olduğu üçün İlkin az-az da olsa gəzirdi. Çünki hələlik ayağını tam olaraq yerə basa bilməz, tezdir", - deyə həkim əlavə edib.

A.Salahovun sözlərinə görə, İlkin Məmmədovun sol və sağ nahiyələrdə qabırğası sınmışdı. Hazırda onun qabırğası fiksə olunub: "Bundan başqa, İlkinin fəqərəsində çıxıntılar və sınıqlar vardı. Eyni zamanda ağciyərində də əzilmələr vardı".