BAKI, 5 avqust — Sputnik. Qəbələnin Zərgərli kəndində kütləvi zəhərlənmə olub.
Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.