HADİSƏ

Qəza qırx ailəni qazsız qoydu

"Yaranan problemlə əlaqədar olaraq əməkdaşlarımız artıq hadisə yerinə cəlb olunublar", - Ceyhun Səfərov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Quba rayonu Püstəqasım kəndində yol qəzası baş verib. Minik avtomobili qaz xəttinə çırpılıb. Nəticədə kəndin 40 abonenti qazsız qalıb.

Üç rayonda qaz təchizatı dayandırılıb

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, qəza ilə əlaqədar olaraq yaranan problem hələ də aradan qalxmayıb: "Belə bir problemin yaranmasında "Azəriqaz" İstehsalat Birliyi birincili səbəb deyil. Bu yol-nəqliyyat hadisəsi yol polisi tərəfindən araşdırılacaq. Lazım olan prosedurlar dövlət yol polisi tərəfindən icra olunduqdan sonra, yəqin ki, avtomobil ərazidən götürüləcək. Yaranan problemlə əlaqədar olaraq əməkdaşlarımız artıq hadisə yerinə cəlb olunublar. Onlar xətti bərpa etmək üçün hazır vəziyyətdədirlər".