Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinə paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar 8 müraciət daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin müraciətlərə mütəxəssislər tərəfindən baxılaraq müvafiq tədbirlər görülüb.
O.Məmmədov həmçinin qeyd edib ki, ağacların hava şəraiti nəticəsində sınması halları ilə rastlaşan vətəndaşlardan 012 570-73 30 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.