BAKI, 5 avqust — Sputnik. Paytaxtın Səbail rayonunda, Filarmoniyanın yaxınlığında külək ağacın budağını qıraraq bir nəfərin üzərinə salıb. Nəticədə 20 yaşlı qadın xəsarət alıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bununla bağlı olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) saat 12:05-də çağırış daxil olub. Həmin şəxs dərhal KTM-ə çatdırılıb.
Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.