CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı

Qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq
Sputnik

BAKI, 5 avqust — Sputnik. Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb. Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.