Ermənistan iflic vəziyyətdədir – Paşinyan gizli sənəddən danışdı

"Bu sənəd Serj Sarqsyanın hakimiyyətinin son illərində hazırlanıb və bu sənədin müəlliflərinə belə qiymətləndirmə üçün xeyli cəsarət lazım olub"
Sputnik

BAKI, 5 avqust — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan "Facebook"da canlı efir zamanı sabiq prezident Serj Sarqsyanın hakimiyyətdə olduğu vaxta dair gizli sənəddən danışıb. Sputnik Ermənistan xəbər verir ki, Baş Nazir qeyd edib ki, o, bu sənədlə hələ bir neçə ay əvvəl tanış olub, lakin məzuniyyət vaxtı onu daha detallı öyrənməyə qərar verib.

Nikol Paşinyan yenə insanları mitinqə çağırır

Ermənistan Baş Naziri sənədin adını "olduqca gizli olduğu" üçün açıqlamaqdan imtina edib.

"Sənədin əhəmiyyəti bundan ibarətdir ki, o, ölkədə real vəziyyət barədə tam təsəvvür formalaşdırmağa imkan verir. Yığılan bütün problemləri bir il ərzində həll etmək mümkün deyil. Ermənistan institusional iflic vəziyyətindədir. Bu sənəd Serj Sarqsyanın hakimiyyətinin son illərində hazırlanıb və bu sənədin müəlliflərinə belə qiymətləndirmə üçün xeyli cəsarət lazım olub", - deyə Paşinyan sənədi oxuduqdan sonra bu qənaətə gəldiyini dilə gətirib.