Qorxunc burulğan şəhərin üzərindən keçdi - Video

"İndi adamı da sovurub aparacaq"
Sputnik

BAKI, 5 avqust — Sputnik. Nəhəng burulğan Soçi şəhərinin üzərindən keçib. 

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, şahidlər onu videolentə ala biliblər.

Videoda onlarla metr hündürlükdəki burulğanın sahilə doğru irəlilədiyi görünür. 

"İndi adamı da sovurub aparacaq!" - kadr arxasından səs eşidilir.

Hündür su sütunu yaşayış evlərinin lap yaxınlığından keçib.

Bazar günü Soçidə qasırğa xəbərdarlığı edilib.