BAKI, 5 avqust — Sputnik. Dünən Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir.
Müraciət edənlərin 6-na yerində yardım edilib. 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.