CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağır qəzada dörd uşaq yaralandı

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub
Sputnik

BAKI, 5 avqust — Sputnik. Bakıda ağır yol qəzası olub. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.