CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bulvarında sahibsiz itlər cövlan edir

Bizim qurum belə hallarda sahibsiz itlərlə bağlı müvafiq idarəyə tədbir görməsi üçün müraciət edir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Son günlərdə Dənizkənarı Milli Park ərazisində sahibsiz itlərin sürü şəklində peyda olması barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir

Həmin görüntülərdən bəlli olur ki, küçə itləri əsasən gecə saatlarında bulvar ərazisində peyda olur. Paytaxt sakinləri bu itlərin onların istirahətinə və rahatlığına ciddi maneə törətdiyini, azyaşlılarda qorxu yaratdığını bildiriblər.

Sputnik Azərbycan-a bu məsələ ilə bağlı açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı  bildirib ki, bulvarda sahibsiz itlərə nəzarət Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin səlahiyyətində deyil: "Bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə mübarizə idarəsi məşğul olur. Bizim qurum belə hallarda sahibsiz itlərlə bağlı müvafiq idarəyə tədbir görməsi üçün müraciət edir".