CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı zəvvar həcc ziyarətində vəfat etdi

Mərhum bu gün Məkkədə dəfn olunacaq
Sputnik

BAKI, 5 avqust — Sputnik. Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, həcc ziyarəti zamanı dünyasını dəyişib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hələlik kimliyi məlum olmayan 69 yaşlı kişi gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib.

Onun ürəktutmadan öldüyü deyilir. Mərhum bu gün Məkkədə dəfn olunacaq.