BAKI, 5 avqust — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi satılan güzəştli mənzillərlə bağlı məlumat yayıb.
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 12-də Yasamal Yaşayış Kompleksində seçilmiş 253 mənzilin satışının rəsmiləşdirilməsi prosesi uğurla davam etdirilir. Bu günə qədər 201 vətəndaşla güzəştli mənzilə dair alqı-satqı müqaviləsi bağlanıb. Digər mənzillərin satışının rəsmiləşdirilməsi müvafiq ardıcıllıqla həyata keçirilir.