BAKI, 5 avqust — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları iqtisadi terrorçuluq adlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Zərif bunu "Twitter" səhifəsində yerləşdirdiyi paylaşımda qeyd edib: "ABŞ özünün ardıcıl iqtisadi terrorçuluğu çərçivəsində Rusiyaya qarşı əlavə "cəzalar" tətbiq edib".
Qeyd edək ki, avqustun 2-də ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi bu gün verdiyi məlumatda yeni sanksiyaların avqustun 26-da qüvvəyə minəcəyini bəyan edib.