CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Silsilə oğurluqlar edən dəstə ələ keçdi

Həmyerliləri rayon sakinlərinin başına oyun açdılar
Sputnik

BAKI, 4 avqust — Sputnik. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon sakini V.Babayevə məxsus yardımçı təsərrüfatdan 8 baş inək oğurlamaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş T.Fərzəliyev, S.Abbasov və İ.Sadıqov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların iyulun 1-də və 17-də Uzuntəpə kənd sakinləri olan 2 nəfərə məxsus, ümumilikdə 5 baş inəyi oğurlamaları da müəyyən edilib.