Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.