HADİSƏ

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib
Sputnik

BAKI, 4 avqust - Sputnik. Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının sürücüsü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.