BAKI, 4 avqust - Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən və Azərbaycan hərbi aşpazlarının da iştirak etdiyi “Səhra mətbəxi” müsabiqəsinə start verilib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.
Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın hərbi aşpazları tərəfindən hazırlanan müxtəlif milli yeməklərimiz yarış iştirakçılarına və qonaqlara təqdim edilir.