SƏHİYYƏ

Öz genlərimiz xərçəngin səbəbi imiş

Sağ qalma şansı az olan xərçəng xəstələrinin bu genində mutasiyalar müşahidə olunub
Sputnik

BAKI, 3 avqust — Sputnik. İnsanın "TP53" geninin disfunksiyası onkoloji xəstəliklərin yaranmasının əsas səbəbidir. Sputnik Azərbaycan "EurekAlert!" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Beylor Tibb Kollecinin tədqiqatçıları deyib.

Qeyd edək ki, "TP53" geni insan hüceyrəsinin zədələnməsi və ya stress keçirməsi halında onun böyüməsinin və parçalanmasının qarşısını alır.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sağ qalma şansı az olan xərçəng xəstələrinin bu genində mutasiyalar müşahidə olunub.

Tədqiqatçılar, həmçinin xərçəng xəstəliyi hallarının 91 faizində "TP53" geninin hər iki nüsxəsində qüsurların olduğunu aşkar ediblər. Buna səbəb kimi birinci qüsurlu genin duplikasiya olunması göstərilir.