BAKI, 3 avqust — Sputnik. Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan 3-cü polis bölməsinə müraciət edən qadın sakin mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, bölmənin əməkdaşları dərhal müvafiq araşdırmalara başlayıblar. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.