BAKI, 3 avqust — Sputnik. Şənbə günü, avqustun 3-də Moskvaətrafı Alabino poliqonunda "Beynəlxalq Ordu Oyunları-2019"un açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan bildirir ki, mərasimdən sonra beynəlxalq "Tank biatlonu"nun birinci mərhələsi keçirilib. Azərbaycan, Serbiya, Belarus və Çinin tankçıları starta durublar.
Mərhələni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu, həmçinin oyunlara üzv ölkələrin müdafiə idarələrinin başçıları və qərargah rəisləri izləyiblər.
Poliqonda ilk dəfə olaraq tamaşaçılar üçün fan-zona təşkil edilib. Burada onlar Beynəlxalq Ordu Oyunlarının proqramına daxil olan müsabiqələrdə iştirak edə, həmçinin dincələ və yarışların yayımını izləyə bilərlər.