BAKI, 2 avqust — Sputnik. Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Sputnik Azərbaycan xəbər verir ki, nazir Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.
İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.
İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.