CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçdiyimiz bu içkilər də belə çıxdı - Suda mikrob

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb
Sputnik

BAKI, 2 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 85. ünvanında fəaliyyət göstərən fiziki şəxs Şükürpur Fərman Sədulla oğluna məxsus "Zaquzelli" alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, baxış zamanı limonad sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

İçdiyimiz bu içkilər də belə çıxdı - Suda mikrob

 

Məlum olub ki, müəssisədə istifadə edilən suyun mikrobioloji təmizlənməsi aparılmır. Eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

Sexdə xammal və hazır məhsul ambarlarının, eləcə də istehsal sahəsinin sanitar-gigiyena norma və qaydalarına cavab vermədiyi, hazır məhsulların dövri laborator analizlərinin aparılmadan satışa verildiyi aşkar edilib.

İçdiyimiz bu içkilər də belə çıxdı - Suda mikrob

 

İstehsal olunan "Zaquzelli" əmtəə nişanlı alkoqolsuz içkilərdən nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına təqdim edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.