RUSİYA

Tramp Putinlə telefon söhbəti barədə...

"Qısa, amma yaxşı söhbət alındı"
Sputnik

BAKI, 2 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bəyan edib ki, onun dünən Rusiya Prezidenti Vladimir Putin ilə baş tutmuş telefon danışığı yaxşı alınıb.

"Qısa, amma yaxşı söhbət alındı", - ABŞ lideri deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı Tramp və Putin Rusiyada baş vermiş meşə yanğınları haqqında danışıblar.

Tramp, həmçinin yanğınların söndürülməsində ABŞ-ın yardımını təklif edib.