Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. Ötən aydan başlayaraq narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə mobil operatorların abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələrinin göndərilməsinə başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Xəbərdə bildirilir ki, 6,8 milyon abunəçiyə SMS-lər mərhələli qaydada təqribən ünvanlanır.