HADİSƏ

Qum karxanasında bədbəxt hadisə - 3 nəfər yandı

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır
Sputnik

 

BAKI, 2 avqust — Sputnik. Dünən günorta saatlarında Qaradağ rayonu, Ələt qəsəbəsi Şıxlar qum karxanasında qəza baş verib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, "KamAZ" markalı yük avtomobilinin körpücük hissəsini təmir edən zaman həmin hissədən qaynar yağın sıçraması nəticəsində Cəlalov Fikrət Zülfi oğlu, Məmmədov Vaqif Arif oğlu, Hacıxanov Əlfiağa Gülverdi oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar Respublika Yanıq Mərkəzinə müraciət ediblər, müayinə olunduqdan sonra ambulator müalicə alaraq evə buraxılıblar.

Həmin faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.