HADİSƏ

Müsəlman ölkəsində 7 ballıq zəlzələ, sunami xəbərdarlığı edildi

Hələlik təbii fəlakət nəticəsində ölən və yaralılar, xəsarət alanlar barədə məlumat verilmir
Sputnik

BAKI, 2 avqust — Sputnik. İndoneziyanın Sumatra adasının yaxınlığında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ olub. Bu barədə Sputnik International bildirir.

Məlumata əsasən, zəlzələnin episentri adada yerləşən Teluk-Betunq şəhərindən təxminən 227 kilometr aralıda 59 kilometr dərinlikdə olub.

Hələlik təbii fəlakət nəticəsində ölən və yaralılar, xəsarət alanlar barədə məlumat verilmir.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.