Kliçko özünü Britaniya kraliçasına oxşatdı - SƏBƏB

Kiyevin meri elə bir şəxsə çevrilib ki, yalnız gül qoya və lent kəsə bilər
Sputnik

BAKI, 2 avqust — Sputnik. Kiyevin meri Vitali Kliçko özünün idarə etdiyi şəhərdə faktiki olaraq icraedici hakimiyyətə malik olmadığını və buna görə də İngiltərə kraliçasına oxşadığını bəyan edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kliçko şəhərdə baş verənlərə təsir edə bilmədiyini deyib.

"Bu necə özünüidarədir ki, kiyevlilərin seçdiyi şəhər meri İngiltərə kraliçasına çevrilir, elə bir şəxsə ki, (yalnız – red.) gül qoya və lent kəsə bilər, amma şəhərdə baş verən proseslərə təsir edə bilməz?" Kliçko "RBK-Ukrayna" nəşrinə verdiyi müsahibəsində deyib.

O, şəhər merinin icraedici hakimiyyətinin olmamasını, paytaxtın büdcəsinə və layihələrin həyata keçirilməsinə təsir edə bilməməsini "absurd" adlandırıb. 

Kliçko özünü Britaniya kraliçasına oxşatdı - SƏBƏB

Kliçko, həmçinin şəhər merinə qanunverici və icraedici hüququn verilməsini tələb edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, insanların anlayışında şəhər meri Kiyevdə baş verən hər bir şeyə görə məsuliyyət daşıyır.