CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dələduz turizm şirkətləri barədə turistlərə xəbərdarlıq edildi

"Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır. AZTA-nın rəhbəri Nahid Bağırov Sputnik Azərbaycan-a bildirib ki, son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya şikayətlərin sayı durmadan artır. 

“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik” – AZTA rəhbəri Nahid Bağırov deyib.