Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. "Bizim əsas məqsədlərjmizdən biri dövlət qurumlarına müvafiq arayışları, məruzələri təqdim etməkdir. Biz dövlət qurumları ilə təmas quraraq onlarının sifarişlərini yerinə yetirəcəyik". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.
Fərid Şəfiyev vurğulayıb ki, mərkəz xaricdə olan "think-tank", düşüncə mərkəzləri ilə əlaqələr yaratmaq, əməkdaşlıq etmək niyyətindədir: "Artıq bu istiqamətdə işlər başlayıb. Biz, həmçinin xarici alimlərlər, ekpertlərlə əməkdaşlıq edəcək və onlara Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında araşdırmalar aparmaları üçün təqaüd də ayrılacaq. Buna ehtiyac var. Çünki xaricdə, xüsusi ilə qərb ölkələrində Azərbaycana aid tədqiqatların sayı kifayət qədər deyil.
Bundan əlavə biz Azərbaycan alimləri üçün treninqlər təşkil edəcəyik".
Sədr qeyd edib ki, təhlil mərkəzində ermənişünaslıq şöbəsi yaradılacaq: "Azərbaycanda erməni dilində bilən mütəxəssislərin sayı olduqca azdır və əsasən yaşlı nəslin nümayəndələridir. Biz bu şöbəyə əsasən gənc mütəxəssisləri cəlb etmək niyyətindəyik".