CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNESCO-nun Bakıdakı tədbirinə görə bir qrup şəxs təltif olundu

Onların Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirakları diqqətdən kənarda qalmayıb
Sputnik

BAKI, 1 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Beynəlxalq qurumdan Azərbaycan üçün möhtəşəm qərar

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş Babazadə Aygün Zeynal qızı, Bağırlı Araz Fikrət oğlu, Bayramov Rizvan Mustafa oğlu, Eyvazzadə Vasif Rasif oğlu, Əhmədov Əfsun Məzahir oğlu, Əliyeva Günay Sabir qızı, Xıdırov Ələkbər Şahmar oğlu, Pietro Laureano və Sami Yusuf “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.