Poroşenkodan etiraf - Merkellə oturub, birgə...

Ukraynanın sabiq prezidenti etiraf elədi
Sputnik

BAKI, 1 avqust — Sputnik. Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko gözlənilməz etiraf edib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Poroşenko Ukraynanın şərqində münaqişənin nizamlanması üçün hazırlanan Minsk razılaşmalarını Almaniya Kansleri Angela Merkellə birgə yazdığını etiraf edib.

Angela Merkelin pullarını saydılar

Sabiq prezident qeyd edib ki, o və Almaniya Kansleri Angela Merkel razılaşmanın mətnini birgə işləyiblər: "Mən şəxsən oturub Minsk razılaşmalarının mətnini yazmışam. Merkellə birgə".

O bildirib ki, prezident postunda olduğu vaxt etdikləri hər şey Ukraynanın uğur əldə etməsi üçün olub.

Qeyd edək ki, daha əvvəl Ukraynanın yeni prezidenti Vladimir Zelenski Minsk razılaşmalarını tam olaraq həyata keçirməyə söz verib.