MƏDƏNİYYƏT

Üç uşaq anası olan azərbaycanlı müğənni cazibədar bədəni ilə modellərə meydan oxuyur

Sənətçi bu dəfə də çimərlik geyimində olan görüntüsünü izləyiciləri ilə bölüşüb
Sputnik

BAKI, 1 avqust — Sputnik. Azərbaycanlı müğənni Nura Suri iki həftədir Bodrumda istirahətdədir.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı tətil fotolarını tez-tez öz Instagram hesabında paylaşır. Daim cazibədar geyimləri ilə diqqət mərkəzində olan xanım müğənni qonşu ölkədə ailəsi ilə birlikdə istirahət edir. Sənətçi bu dəfə də çimərlik geyimində olan görüntüsünü izləyiciləri ilə bölüşüb. Fotolara münasibət bildirən müğənninin fanatları Nuraya xoş sözlər yazıblar.

Qeyd edək ki, müğənni Nura Suri 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. "Qrand" və "İlin Mahnısı" mükafatının sahibidir. 43 yaşlı müğənni 3 uşaq anasıdır.