CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musiqiçi dənizdə boğuldu

Pənah Əkbərov Xaçmazda klarnet ifaçısı kimi tanınıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Suda boğulan musiqiçinin meyiti tapılıb.

Göygöldə iki oğlan boğuldu

Hadisə dünən Xaçmaz rayonunun Niyazoba kəndinin yaxınlığındakı çimərlikdə baş verib. 27 yaşlı Əkbərov Pənah Bəhram oğlu dənizdə çimərkən boğulub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onu da qeyd edək ki, Pənah Əkbərov Xaçmazda klarnet ifaçısı kimi tanınıb.