MƏDƏNİYYƏT

Prezident Hacı Murad Yagizarovu ordenə layiq gördü

Məşhur aktyor Şamaxı xanı Mahmud ağanın nəticəsidir
Sputnik

BAKI, 1 avgust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilir.

Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Hacı Murad Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub.

Məşhur aktyor Şamaxı xanı Mahmud ağanın nəticəsidir.