Zərif ABŞ-a ironik tərzdə cavab verdi

"Çox sağ olun ki, məni öz gündəminiz üçün böyük təhdid hesab edirsiniz"
Sputnik

BAKI, 1 avqust — Sputnik. Birləşmiş Ştatlar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin adını sanksiya siyahısına əlavə edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qərara münasibət bildirərkən vurğulayıb ki, ABŞ onu təhdid hesab etdiyi üçün sanksiyalar siyahısına daxil edib.

"Mənim ABŞ-ın sanksiya siyahısına daxil edilməyimin səbəbi budur ki, mən İranın dünyada əsas təmsilçisiyəm... Bu qərar mənə və ailəmə təsir etməyəcək... Çünki mənim İran xaricində nə mülküm, nə də maraqlarım yoxdur. Çox sağ olun ki, məni öz gündəminiz üçün böyük təhdid hesab edirsiniz", - deyə Zərif öz "Twitter" səhifəsində yazıb.