RUSİYA

Rusiyadakı meşə yanğınlarını şamanlar söndürəcəklər – araq və qoçla

Hər bir şaman avqustun 2-də öz evində ayin keçirəcək
Sputnik

BAKI, 1 avqust — Sputnik. "Araq özündə ilahi qidanı təcəssüm etdirir; onu kişi tanrılara qurban gətirirlər".

Bakının məşhur ticarət mərkəzində yanğın

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə məşhur folklorçu və etnoqraf Timofey Moldanov deyib.

Onun sözlərinə görə, hər bir şaman avqustun 2-də öz evində ayin keçirəcək.

"Ayinləri dünən başlamışıq, ali qüvvələrin dəstəyini almışıq. Yağışlar yağacaq", - o deyib.

Moldanov bildirib ki, ayinlərdə dolqanlar, evenklər, nenlər, komilər, marilər, çoxsaylı Yuqra və Yamal xalqları iştirak edəcəklər.

"Moskovski Komsomolets" nəşri isə xəbər verir ki, sibirli şamanlar yanğınların söndürülməsinə kömək etmək üçün Baykal gölünün ən böyük adası olan Olxonda yığışacaqlar. Avqustun 4-də keçiriləcək ayində 40 nəfər iştirak edəcək.

Bərdədə yanğın qaçqın ailələrinin dərdini təzələdi: ev qalmadı, ilansa gizlənib

"Tenqeri" şaman təşkilatının rəsmisi Oksana Kim qəzetə bildirib ki, ayin zamanı tanrılara araq və ağ qoç qurban gətiriləcək.

"Şamanizm həmişə qurban gətirmə ilə bağlı olub, bunu başa düşmək lazımdır... Biz, həmçinin arağı, südü, peçenyeni, yağı və konfeti qurban gətiririk. Məhsulların seçilməsi təsadüfi deyil: insan üçün ən dəyərli olan qidadır. Biz evsiz yaşaya bilərik, lakin qidasız yox. Araq da özündə ilahi qidanı təcəssüm etdirir; onu kişi tanrılara qurban gətirirlər. Əvvəllər tarasun içkisi istifadə olunurdu, lakin indi onu tapmaq çətindir", - Kim deyib.