HADİSƏ

Sumqayıt sakini ilan sancmasından ölüb

Kişi evinin həyətyanı sahəsində iş görərkən ilan onu sancıb
Sputnik

BAKI, 31 iyul — Sputnik. Sumqayıt sakini ilan sancmasından ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Yaşma bağları" adlanan yaşayış massivində olub. Belə ki, Sumqayıt sakini, 1953-cü il təvəllüdlü Soltanov Adil Mövlud oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində iş görərkən ilan onu sancıb. O, dərhal təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vəziyyəti ağırlaşan şəhər sakini reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ilan sancan şəxsi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.