ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Hulusi Akar və Ceyms Cefri Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılmasını və Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ Türkiyənin regiondakı maraqlarını nəzərə almır: “ABŞ Suriyada fəaliyyət göstərən PKK və digər terror təşkilatlarına dəstək verir. Bir müddət sonra Türkiyə ABŞ-ın razılığını almadan Suriyada hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz