CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

Çörək və maye qaza görə növbələr yaranıb
Sputnik

Musa Muradlı , Sputnik Aqzərbaycan

BAKI, 31 iyul — Sputnik. İyulun 30-da saat 9-dan etibarən bir sıra rayonlarda, o cümlədən Bərdədə qazın nəqli dayandırılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə mavi yanacağın müvəqqəti dayandırılması əlavə çətinliklərin ortaya çıxmasına səbəb olub.

Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

Belə ki, Bərdə rayonunda çörək dükanları müştəriləri tam təmin edə bilməyib. Çörək almaq istəyənlər mağazaların qarşısında növbəyə durub gözləməli olublar. Bəzi hallarda isə insanlar evə əliboş qayıtmalı olublar.

Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

Bərdə-Çörək ASC-nin əməkdaşı Şahin Məmmədov bildirib ki, çörəyin qıtlaşması qazın olmaması ilə əlaqədardır: “Dünən səhər saat 9:00- dan dayandırılan qaz hələ buraxılmayıb. Xırda çörəkbişirmə sexləri işləmir, qazla işləyən təndirxanalar da dayanıb. Evlərdə də buna hazır deyildilər. Qaz yanacaqdoldurma məntəqələrində də sıxlıq yaranıb. Biz imkanlarımızı səfərbər edərək, həm hərbi hissələri, həmdə rayon əhalisini dayanmadan çörəklə təmin edirik. Hələ ki istehsal prosesimiz dayanmadan davam edir. Çalışacağıq ki, heç kim çörəksiz qalmasın. Ancaq əhali də bizi başa düşməlidir. 2 çörəyə  ehtiyacı  olanlar panikaya düşüb 6, hətta 8 ədəd çörək alırlar. Şəhərə yaxın olan Gərənə kəndinə  qazın verilməsi bərpa  olunub. Yaxın vaxtlarda Bərdənin özündə də qaz verilməsi  bərpa olunacaq”.

Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində də maye qazın satışında növbələr müşahidə olunub.