CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Batumidə Azərbaycan vətəndaşları bıçaqlandılar

Sputnik

BAKI, 31 iyul — Sputnik. Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

İnterpolun axtardığı həmyerlimizi gürcülər tutdular

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan həmvətənlərimizin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir. Onlardan ikisi xəstəxanadan evə buraxılıb, vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub. 

Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxs müəyyən olunub, onun 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.