BAKI, 31 iyul — Sputnik. "Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir".
Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, eyni zamanda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq, bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.