BAKI, 31 iyul — Sputnik. Rusiyanın Tatarıstan Respublikasında terror aktının qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Əməliyyat Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirilib.
Məlumata əsasən, İŞİD terror təşkilatının iki tərəfdarı saxlanılıb. Onlar başqa şəxsləri terror qruplarına cəlb etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinirlər.
Bildirilib ki, saxlanılanlar Rusiya vətəndaşlarıdırlar.
Onlardan partlayıcı maddələr və əldəqayırma partlayıcı qurğuların hissələri müsadirə olunub.