Əfqanıstanda adamla dolu avtobus partladı

Partlayışla bağlı məsuliyyəti hələ ki heç kəs üzərinə götürməyib
Sputnik

BAKI, 31 iyul — Sputnik. Əfqanıstanın Herat vilayətində yol kənarına yerləşdirilmiş bombanın avtobus keçərkən partlaması nəticəsində ən azı 32 nəfər həyatını itirib.

Əfqanıstan İsraildən sonra dünyada ikinci oldu - Trampın sayəsində

Sputnik AzərbaycanAnadolu agentliyinə istinadən xəbər verir ki, partlayışda, həmçinin 15 nəfər yaralanıb.

Yaralıların çoxunun ağır vəziyyətdə olduğu bildirilir.

Partlayış Qəndəhar-Herat avtomagistralında baş verib. Avtobus partlayış zamanı Heratdan Fərəh vilayətinə gedirmiş.

"TOLO News" telekanalının verdiyi məlumata görə, ölənlər arasında qadın və uşaqlar var.

Partlayışla bağlı məsuliyyəti hələ ki heç kəs üzərinə götürməyib.